MESELER HAQQINDA ESSE

Meseler haqqinda esse

Meseler haqqinda esse

Blog Article



GİRİŞ

Meşələr bizim təbbi sərvətimizdir. Onlar həm də dünyamızın əsas oksigen mənbəyidir. Hansı ki, meşələr olmasa həyat da olmaz.

ƏSAS HİSSƏ

Meşələr Planetimizin “ağciyərləri” hesab olunur. Ağaclar bizə və digər canlılara oksigenlə zəngin təmiz hava bəxş edirlər. Ağacların ər biri bizim dostumuzdur. Onlarsız biz nəfəs ala bilmərik. Bu təbii yaşıllıqlar həm də bizim sağlamlığımız üçün əvəzolunmazdır.
Sponsor Linklər


 

 

 

 

Meşə özü də bir canlıdır. Onlar ağaclardan və digər bitki növlərindən təşkil olunublar.  Onlar böyüyür, inkişaf edir və ömürlərini tamamlayırlar.

Meşələr həm də minlərlə canlı üçün yurd-yuva mənbəyidir. Onlar bir çox quşa, həşərata, yüzlərlər heyvan növü üçün doğma evdir. Bu canlılar meşələrdə yaşayır, qidalanır və böyüyüb inkişaf edirlər. Meşələri qırıb məhv etməklə insanlar bu heyvanları yurdsuz-yuvasız qoymuş olurlar.

Dağlarda olan meşələr torpağı həm də sürüşmədən qoruyur.  Bu da evlərin və insanların xəsarət almasının qarşısını alır.

Bəziləri meşədə  istirahət edərkənyandırdığı ocağı tam söndürmür və ya söndürülməmiş siqareti meşəyə atır. Bu da nəticədə arzuolunmaz meşə yanğınlarına səbəb olur.  Bir neçə saatda yanıb kül olan meşələrin yenidən bərpası isə uzun illər çəkir. Bunu bir çoxları dərk etmir ya da dərk etmək istəmir.

Meşələrdə istirahət edərkən onu çirkləndirməməli, həmçinin daha diqqətli və məsuliyyətli olmalıyıq. Bu bizim həm də insanlıq borcumuzdur.

Meşələrin qırılması isə bir çox təbii fəlakətlərin yolunu açır. Bunlara, sel, torpaq sürüşməsi və quraqlığı misal gətirə bilərik.

Bütün dünyada olduğu kimi, Azərbaycanda meşələrin qorunması üçün qoruqlar, milli parklar yaradılır, meşəbəyilər təyin olunur. Hansı ki, onlar meşəni mühafizə edir və qoruyurlar. Qanunsuz meşələrin qırılması, ağacların kəsilməsi cinayətdir və buna görə cərimə tətbiq olunur.  Ölkəmizdə 9 milli park, 11 dövlət təbiət qoruğu, 2 qeydiyyatda olmayan qoruq,24 dövlət təbiət yasaqlığı, yaşı 100-dən yuxarı 2083 ağac, 15 min hektar endemik və qiymətli meşə növü sahələri vardır.

 

Esse 




Hirkan Milli  Parkı,  Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu, Şirvan Milli Parkı, Ağ-göl və Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Eldar Şamı Dövlət Təbiət Qoruğu , Qax Dövlət Təbiət Yasaqlığında meşələrimiz qorunur və mühafizə olunur. Onlar milli təhlükəsizliyimizin bir parçasıdır.

Təəssüf ki,  dünyada meşələrin sahəsi əvvəlki illərə nəzərən bir xeyli azalmışdır. Buna səbəb bəşər övladının acgözlüyü ucbatından dünyadakı bir çox meşələri mənfəəti naminə məhv edilir.  Bəzi dünya təşkilatları və qurumlar böyük şirkətlərin təbiətə qarşı, xüsusilə də meşələrə qarşı etdiyi vəhşiiyi görməzdən gəlirlər.  Dünyanın dörd bir tərəfində meşələrə edlən bu vəhşillik əslində təbiətə edimiş bir soyqırımdır.  Təbiətsevərlərin bir çox ölkələrdə keçirilən etirazları və aksiyaları nəticəsində meşələrin kütləvi qırılması dayandırılmışdır.

Hər birimiz ağacəkmə aksiyalarında iştirak edə bilərik. Bu dünya üçün edəcəyiniz ən gözəl yaxşılıqlardan biridir.

NƏTİCƏ

Meşələr ana təbiətimizin ayrılmaz bir parçasıdır. Onları sevməli, hörmət etməli və qorumalıyıq.  Meşələrin insanlara ehtiyacı yoxdur, ancaq insanların meşələri ehtiyacı çoxdur. Həmçinin, meşələrə vurulan ziyan təkcə heyvanlara deyil, həm də insanlığa və onun gələcəyinə vurulmuş ziyandır. Biz gələcək nəsillərə meşələrlə zəngin bir dünya miras qoymalıyıq ki, onlar sağlam və xoşbəxt yaşaya bilrsinlər.


Bənzər mövzular:

 

Report this page